Meta, Facebook və Instagram-dan reklamları siləcək pullu abunə xidmətini işə saldığını açıqladı. Abunəlik Avropa Birliyinin Meta-nın reklam hədəflənməsi və məlumat toplama təcrübələri ilə bağlı narahatlıqlarını həll etmək məqsədi daşıyır. Bu narahatlıqlardan xilas olmaq istəyən istifadəçilər satın aldıqları abunə xidmətindən istifadə edə bilər, pulsuz istifadə etmək istəyənlər isə Meta-nın məlumat toplama təcrübələrinə icazə verməli olacaqlar.

Meta hesab edir ki, bu addımla o, Rəqəmsal Bazarlar Aktı və Ümumi Məlumatların Qorunması Qaydası da daxil olmaqla, bir sıra Avropa qanunlarının müəyyən etdiyi məxfilik tələblərinə daha aydın və dəqiq cavab verəcək. “Biz Avropa qaydalarının ruhuna və məqsədinə hörmət edirik və onlara əməl etməyə qərarlıyıq” deyən Meta, həmçinin abunə haqlarını açıqladı.
Facebook və Instagram istifadəçiləri internetdə ayda 9,99 Avro və ya iOS ilə Android sistemlərində ayda 12,99 Avro ödəməklə abunə xidmətindən yararlana biləcəklər. Metaya, ödəniş etmək istəməyən insanlar üçün məhsullarına pulsuz giriş təklif etməyə davam edəcəyini söylədi. Şirkət ödəniş etməyən istifadəçilər üçün təcrübənin dəyişməyəcəyini və mövcud reklam seçim alətlərinin mövcud qalacağını söyləyir.

Reklamsız abunə yalnız Aİ, AEA və İsveçrədə 18 və daha yuxarı yaşda olan insanlar üçün əlçatan olacaq. Yəni Azərbaycan bu əhatəyə daxil olmayacaq. O, ilkin olaraq bütün əlaqəli Facebook və Instagram hesablarında mövcud olacaq, lakin Meta nəticədə əlaqəli hesablar üçün əlavə ödəniş alacaq. 2024-cü il martın 1-dən hər bağlı hesab üçün internetdə 6 avro və ya iOS və Android-də 8 avro əlavə ödəniş olacaq. Şirkət deyir ki, bir şəxs abunə olaraq qaldığı müddətcə, onların məlumatları reklam hədəflənməsi üçün istifadə edilməyəcək.